QARET BEYLDƏN REKORD GÖSTƏRİCİ

Futbol
21 Mart 2016 - 19:34
“Real”ın futbolçusu Qaret Beyl Madrid klubunuun tarixinə düşüb.
Supersport.Az-ın məlumatına görə, uelsli futbolçu ötən gün "Sevilya" ilə matçda (4:0) La Liqada 43-cü qoluna imza atıb. Beyl bu göstəri ilə La Liqanın ən məhsuldar britaniyalısı olub.
Bundan əvvəlki rekord 1986-1989-cu illərdə "Barselona"nın şərəfini qorumuş ingilis hücumçu Qari Linekerə məxsus olub. O, Kataloniya klubunda 103 oyuna 42 qol vurub.
Lineker artıq şəxsi "tvitter" səhifəsində həmyerlisini təbrik edib.