"Azərbaycan xalqına təşəkkür edirik" - Metin Şahin

"Azərbaycan xalqına təşəkkür edirik" - Metin Şahin
Digər, Taekvondo
02 İyun 2023 - 07:00
Supersport.Az xəbər verir ki, Türkiyə Taekvondo Federasiyasının prezidenti Metin Şahin Azərbaycanın paytaxtı Bakıda keçirilən dünya çempionatında idmançıların 3 qızıl medal qazanması ilə bağlı açıqlama verib.

Qurum rəhbəri bildirib ki, türk idmançılar tarixdə ilk dəfə belə uğur əldə ediblər.

Yarışın dördüncü günündə Hakan Reçber və Nafia Kuş qızıl medal qazandıqdan sonra Metin Şahin AA müxbirinə şərh verib.

Xoşbəxt və qürurlu olduqlarını vurğulayan M.Şahin, çempionatda türk idmançılarını tək qoymayan Azərbaycan xalqına təşəkkür edib.

"140 ölkənin qatıldığı dünya çempionatında 3 qızıl medala çatdıq. Azərbaycan xalqına dəstək üçün təşəkkür edirik.  Ən çox qızıl medal qazanan ölkəyik. Tarix yazırıq. Tariximizdə ilk dəfə olaraq belə uğur qazandıq".

İdmançıları yetişdirən məşqçilərin ünvanına xoş sözlər deyən federasiya prezidenti, uğurların davam edəcəyinə əminliyini ifadə edib:

"Türkiyə qatıldığı 7 Olimpiadadan medalsız qayıtmadı. 2024-cü ilə daha hazırlıqlı və daha dözümlü gedirik. Allahın izniylə bu idmançılar 2024-cü ildə də eyni uğurları burada təkrarlayacaqlar. Çalışacağıq ki, ölkəmizə qızıl medal qazandıraq və İstiqlal Marşımızı səsləndirək. Hər zaman ən böyük dəstəyi verən prezidentimiz Rəcəb Tayyib Ərdoğana təşəkkür edirik. Bu gün 750 min idmançımız var. Prezidentdən hərtərəfli kömək aldıq. Bu gün uğurlar dəstəkdən qaynaqlanır. Uğurlarımız davam edəcək. Türkiyə bizi izləməyə davam edir".

Digər xəbərlər