"Qarabağ" dünyada gerilədi

"Qarabağ" dünyada gerilədi
Futbol
12 May 2023 - 12:35
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Supersport.Az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" ötən ayla müqayisədə 5 pillə geriləyib. Ağdam klubu 141 xalla 67-cidir.

Azərbaycan Premyer Liqasının lideri Avropa klubları sırasında 46-cı, postsovet məkanında 1-cidir.

Reytinqdə İspaniyanın "Real Madrid" klubu 320 xalla birinci pilləyə qalxıb. Braziliyanın "Flamenqo"su 295 xalla ikinci sıraya düşüb, İngiltərənin "Mançester Siti"si 254 xalla üçüncüdür.

Digər xəbərlər