"Sabah" - "Beşiktaş" qardaşlıq matçına bilet satışı necədir?

Futbol, Eksklüziv
12 May 2023 - 06:05
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Sabah" - "Beşiktaş" qardaşlıq matçına 25 min bilet satılıb.
Saytımıza bu haqda Azərbaycan klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. Biletlərin qiyməti 5-300 manat arası dəyişir.
Qeyd edək ki, “Sabah” – “Beşiktaş” dostluq qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq. Oyundan əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.