İki cüdoçumuz da məğlub oldu

Digər, Cüdo
11 May 2023 - 15:50
Bu gün Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mükafatsız qalıb.
Supersport.Az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev və Murad Fətiyev 1/8 final mərhələsində məğlub olublar.
Məmmədəli Mehdiyev isveçli Markus Nimana, Murad Fətiyev kubalı İvan Felipe Silva Moralesə (Kuba) uduzub.
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.
Dünya çempionatı mayın 14-də başa çatacaq.