"Bu kateqoriyada zəif idmançı yoxdur"

"Bu kateqoriyada zəif idmançı yoxdur"
Cüdo
02 May 2023 - 17:07

Supersport.Az-ın məlumatına görə, Avropa Cüdo Birliyinin rəsmi saytı bu dəfə millimizin digər aparıcı üzvü Hidayət Heydərovdan yazıb.


"Hidayət Heydərov -73 kq. çəki dərəcəsində Azərbaycan komandasının lideri kimi özünü təsdiqləyib. O, hazırda dünya çempionu monqolustanlı Tsend-Oçir Tsoqtbaatardan sonra reytinqdə ikinci yerdə qərarlaşıb. Demək olar ki, bu kateqoriyada zəif idmançı yoxdur, bu da çempionatın maraqlı və gözlənilməz hadisələr ilə dolu olacağını vəd edir.



Dünya çempionatı mütləq hər bir cüdo həvəskarının izləməli olduğu böyük hadisə olacaq!"

Digər xəbərlər