Azərbaycan yığması 14 medal qazandı - Foto

Digər, Foto, Sambo
24 Aprel 2023 - 16:33


Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın sambo millisi İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 14 medal qazanıb. Ölkəmiz ümumilikdə 3 gümüş, 11 bürünc mükafata sahib çıxıb.
Mötəbər yarışda 23 ölkədən 479 idmançı mübarizə aparıb. Azərbaycanla yanaşı, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya və digər ölkələrdən idmançılar iştirak ediblər.
Kişilərin mübarizəsində Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc mükafat qazanıb.
Gənc samboçuların turnirində Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) üçüncü yeri tutub.
Yeniyetmələr arasında Elsevər Verdiyev (64 kq) gümüş, Amin İsmayılov (53 kq) isə bürünc medala sahib olub.
Kadetlərin mübarizəsində İsmayıl Əlipənahov (49 kq) yarışı ikinci, Toğrul Kərimli (53 kq), Nihad Rəhimov (58 kq), Kənan Məmmədli (71 kq) və Hüseyn Hüseynli (88 kq) üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, millimizi çempionata baş məşqçi Vahid Tarverdiyev, məşqçilər Cabir İsmayılov və Elçin İbrahimov hazırlayıb.