Millimizin rəqibinin qolkiperi sağaldı

Futbol
30 Mart 2023 - 14:26
Supersport.Az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, Avro-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Belçika millisinin qapıçısı Tibo Kurtua "Real Madrid"lə məşqlərə başlayıb.
Təcrübəli qolkiper bud əzələsində zədəsi sağalıb. O, Belçika yığmasının İsveç (3:0), Almaniya seçmə komandasıyla (3:2) oyununu buraxıb.
"Real Madrid"in qapıçısının aprelin 2-nə planlaşdırılan La Liqanın 27-ci tur oyununa hazır olacağı bildirilir. Tibonun aprelin 5-də isə İspaniya Kral Kubokunda "Barselona" ilə matçda start heyətdə yer alacağı gözlənilir.
Qeyd edək ki, 30 yaşlı Kurtua bu mövsüm liqada 20 oyuna çıxıb və 18 qol buraxıb.