Bu gün “Qarabağ” və “Qalatasaray” arasında xeyriyyə oyunu keçirilib.
Supersport.Az xəbər verir ki, azarkeşlər tərəfindən maraqla gözlənilən matç Bakı Olimpiya Stadionunda oynanılıb. Görüş saat 20:00-da başlayıb. Oyunun baş hakimi azərbaycanlı FİFA referisi Əliyar Ağayevdir. Bu, iki komanda arasında tarixdə ilk oyun olub.
Azərbaycan Premyer Liqasınin lideri Türkiyə Superliqasın birincisinə uduzub.
Matçdan əldə olunan bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.
26 mart
Xeyriyyə (qardaşlıq) oyunu
20:00. “Qarabağ” – “Qalatasaray” – 1:2
Qollar: Bafetimbi Qomis, 4 (0:1), Reydon Cica, 19 (1:1), Mauro İkardi, 87-pen. (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.