Superspot.Az-ın məlumatına görə, Avro-2024-ün seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq Türkiyənin futbol yığması İrəvanda Ermənistanla qarşılaşıb. Oyunun 10-cu dəqiqəsində türk futbolçu topu öz qapısına vurduğu üçün komandası hesabda geri düşüb. Matçın baş hakimi ispan Xose Maria Sançes 20-ci dəqiqədə Türkiyənin təmiz penaltisini verməyib. İspan referi cərimə meydançasında Cenk Tosuna edilən kobudluğu qeydə almayıb. Buna baxmayaraq, Orkun Kökçü ermənilərin qapısına cavab qolunu vurub. Kərəm isə qələbə qolunu vurub.
UEFA-nın tələbinə əsasən ermənilərlə oyunda türk azarkeşlər yoxdur.
Türk millisindən Abdulkerim Bardakcı xəstəlik, Tayyip Talha Sanuç isə zədə səbəbindən çıxarılıb.
21:00 Ermənistan – Türkiyə 1:2
Qollar: Ozan Kabak 10-öz qapısına – Orkun Kökçü 33, Kərəm Aktürkoğlu 64.
Türkiyə indiyədək ermənilərlə keçirdiyi 2 oyundan qalib ayrılmışdı. 2010-cu il Dünya Kubokunun seçmə mərhələsində Türkiyə Ermənistanı i 2 dəfə 2 cavabsız qolla məğlub etmişdi.
Türkiyənin olduğu D qrupunda Xorvatiya, Uels, Latviya və Ermənistan seçmə komandaları yer alıb.
Türklər martın 28-də Bursada Xorvatiyanı qəbul edəcək. Bu oyunun gəlirləri zəlzələdən ziyan çəkənlərə veriləcək.
İki oyuna gedə bilməyəcək azarkeşlər 100 lirəlik xatirə biletlərini ala biləcək.