Yurgen Klinsman baş məşqçi təyin olundu

Futbol
27 Fevral 2023 - 15:09
Almaniyalı məşhur futbol mütəxəssisi, 1990-cı ilin dünya, 1996-cı ilin Avropa çempionu Yurgen Klinsman Cənubi Koreya milli komandasına baş məşqçi təyin olunub.
Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşlı alman mütəxəssisin qarşısına sözügedən yığmanı 2026-cı il dünya çempionatının final mərhələsinə daşımaq vəzifəsi qoyulub. Cənubi Koreya futbol qurumu müqavilənin detallarını, maliyyə məsələlərini açıqlamayıb.
Yurgen Klinsmanın Cənubi Koreya komandası ilə ilk rəsmi oyunu martın 24-də Ulsan şəhərində Kolumbiya yığmasına qarşı yoldaşlıq görüşü olacaq.
Qeyd edək ki, Almaniya futbol tarixinin ən yaxşı oyunçularından olan Yurgen Klinsman oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. Ötən müddətdə Almaniya (2204-2006) və ABŞ millisinin (2011-2016), habelə "Bayern" (2008-2009) və "Herta" (2019-2020) komandalarının baş məşqçisi olub. O, dünya (2010, 2018, 2022) və Avropa (2020) çempionatları üçün ESPN və BBC televiziya kanallarında mütəxəssis kimi çalışıb.