Azərbaycanın cüdo ailəsi Türkiyəni unutmadı - Video

Azərbaycanın cüdo ailəsi Türkiyəni unutmadı - Video
Digər, Eksklüziv, Cüdo, Video
07 Fevral 2023 - 11:33
Supersport.Az-ın məlumatına görə, bu gün Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramının yekun seminarının açılış mərasimində Türkiyə, Suriyada zəlzələdə dünyasını dəyişənlər xatırlanıb.


Azərbaycanın müxtəlif bölgələrindən olan 79 məşqçi təlimlərin sonunda beynəlxalq sertifikat əldə etmək üçün imtahan verəcək. Açılış tədbirində beynəlxalq proqramda iştirak edən məşqçilərlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu, Milli Olimpiya Komitəsinin (MOK), beynəlxalq proqramlar idarəsinin məsləhətçisi Ceyhun Rəhmanov, ADBTİA-nın Tədris və Elmi işlər üzrə prorektoru Təhminə Tağızadə, BCF-in Akademiyasının direktoru Envik Qalea iştirak edib.

Digər xəbərlər