Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa yarışı keçirilir.
Supersport.Az-ın məlumatına görə, turnirin ilk günü 4 idmançımız medallar uğurunda mübarizəni təmin edib. Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq) və Mədinə Sadiqova (-55 kq) bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.