“Qarabağ”da 10 futbolçu qaldı

“Qarabağ”da 10 futbolçu qaldı
Futbol
20 Sentyabr 2022 - 18:29

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 7-ci turunda “Zirə” ilə oyundan sonra 3 günlük istirahətə buraxılmış “Qarabağ” sentyabrın 22-də məşqləri bərpa edəcək. Hazırlığa milli komandalara dəvət almış futbolçular qatılmayacaqlar.



Məşq prosesində Luka Quqeşaşvili, Amin Ramazanov, İsmayıl İbrahimli, Qara Qarayev, Kevin Medina, Julio Romao, Leandro Andrade, Kadi Borges, Abdullah Zubir və Kvabena Ovusu iştirak edəcəklər.

Digər xəbərlər