"Qəbələ" Superliqa klubuyla bacarmadı

"Qəbələ" Superliqa klubuyla bacarmadı
Futbol
06 İyul 2022 - 09:01
2022-2023-cü illər mövsümünün hazırlığını davam etdirən "Qəbələ" Türkiyənin Bolu şəhərində ilk yoxlama oyununda "Qaziantep"lə qarşılaşıb.

Baş məşqçi Elmar Baxşıyev Superliqa təmsilçisi ilə matçda aşağıdakı start "11-liy"inə şans verib:

Səlahət Ağayev, Asif Məmmədov, Murad Musayev, Ruan Renato, İlkin Qırtımov, Məqsəd İsayev, İsnik Alimi, Felipe Santos, Rafael Utziq, Rövlan Muradov, Emil Səfərov.

Qarşılıqlı hücumlarla keçən görüş erkən qolla başlayıb. Türkiyə klubu 7-ci dəqiqədə Papi Cilobocinin qolu ilə önə keçib. Oyunun fasiləsində hər iki komandanın heyətində dəyişikliklər olub. İkinci hissənin ortalarında superliqa klubu Aleksandr Maksimin qolu ilə fərqi artırıb. "Qəbələ" az sonra fərqlənib. Meydana sonradan çıxan Ülvi İsgəndərov baxımlı qola imza atıb. Görüşün sonunadək komandalar hücumlarını davam etdirsə də, hesab dəyişməyib - 1:2.

Xatırladaq ki, qonşu ölkədə 2 matça çıxacaq "Qəbələ" iyulun 12-də Rumıniyanın "Çiksereda" klubu ilə qarşılaşacaq.

Digər xəbərlər