Supersport.Az-ın məlumatına görə, Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Məhərrəm Qasımov (F11) nüvə itələmə növündə 10.13 metr nəticə göstərərək yarışın qızıl medalına sahib olub. Bununla o, Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ilk reytinq xallarını qazanıb.
Qeyd edək ki, M.Qasımov artıq bir müddətdir ki, paralimpiya idman növləri ilə məşğul olur, daha öncə o, pauerliftinq idman növündə öz gücünü sınayıb.