Azərbaycanda klub prezidenti koronavirusdan vəfat etdi

Azərbaycanda klub prezidenti koronavirusdan vəfat etdi
Futbol
23 Yanvar 2021 - 17:53
Supersport.Az xəbər verir ki, 2004-2007-ci illərdə "Turan"ın prezidenti olmuş Tahir Yusifov vəfat edib.

Bu barədə Tovuz klubu məlumat yayıb.

Yaxınlarda Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilmiş keçmiş funksioner bir müddət öncə koronavirusa yoluxub. Yusifov şəkər və qan təzyiqi xəstəliyindən əziyyət çəkirdi. Bu isə onun səhhətinin pisləşməsinə gətirib çıxarıb.

Daha əvvəl "Turan"ın digər keçmiş prezidenti Namiq Məstanov korornavirusdan dünyasını dəyişib.

Digər xəbərlər