Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.
Supersport.Az-ın məlumatına görə, idmançımız İspaniyanın Qvadalaxara şəhərində keçirilən böyüklərin 55-ci Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz yarışı gümüş medalla başa vurub.
Bu, Rafaelin qitə çempionatlarında 20-ci medalı olub. Onun hesabında 11 qızıl, 2 gümüş və 7 bürünc medal var.