Ramil Quliyev finalda

Ramil Quliyev finalda
Atletika, Digər
22 Oktyabr 2018 - 22:44
Supersport.Az-ın məlumatına görə, Türkiyə yığmasının heyətində atletika üzrə dünya və Avropa çempionu olan Ramil Quliyev qitə qurumunun ilin atletini müəyyənləşdirmək üçün keçirdiyi sorğuda final mərhələsinə vəsiqə qazanıb. Oktyabrın 26-da qalibin adı məlum olacaq.

Sorğuda 10 idmançıya internetdən, federasiya və media nümayəndələrindən səs verilib və namizədlərin sayı 4-ə düşüb.

Finala çıxan atletlər - Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev, fransız dünya rekordçusu Kevin Mayer, isveçli Avropa çempionu Armand Duplantis və norveçli  Yakob İngebriqtsen olub.

R.Quliyev bu il Berlində 19.76 saniyə nəticəylə Avropa çempionu adını qazanıb.

28 yaşlı atlet ötən il Avropada ilin atleti mükafatına 10 namizəd arasında son 3 idmançı sırasında yer almış, alman Yohannes Vetter qalib olmuşdu.

Digər xəbərlər