"Qarabağ"la oyunu düşünürük, PSV-ni yox"

"Qarabağ"la oyunu düşünürük, PSV-ni yox"
Futbol
11 Avqust 2018 - 01:20
Supersport.Az-ın məlumatına görə, BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun Belarus mətbuatına açıqlamasında  "Qarabağ"la oyun haqqında fikirlərini bildirib:

"Hələ heç kim PSV haqda düşünmür. Komanda şəklində addım-addım irəliləyirik".

Bakıda Azərbaycan klubunun qapısına yol tapan 30 yaşlı futbolçu Borisovda "Qarabağ"a qarşı fərqli taktika ilə mübarizə aparacaqlarını deyib:

"Açıq danışsaq, bizim elə də böyük üstünlüyümüz yoxdur. Qarşıda Borisovda keçirəcəyimiz cavab oyunu var. Ümid edirəm ki, ev matçında həm hücumda, həm də müdafiədə bir qədər fərqli oyun nümayiş etdirəcəyik. Amma əminəm ki, Bakıda olduğu kimi, doğma meydanda da bizə çətin olacaq".

Qeyd edək ki, "Qarabağ"la BATE arasında cavab matçı avqustun 14-də Borisovda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da start götürəcək. İlk oyunda Belarus klubu minimal hesablı qələbə qazanıb.
Bu cütün qalibi pley-off mərhələsində son Niderland çempionu PSV-yə rəqib olacaq.

Digər xəbərlər