Erməni futbolçu Qəbələyə gələcək?

Erməni futbolçu Qəbələyə gələcək?
Futbol
27 İyun 2018 - 13:43
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunda "Qəbələ" iyulun 12-də, saat 20:00-da "Proqres"i sınağa çəkəcək.

Supersport.Az-ın məlumatına görə, Lüksemburq klubu Qəbələdə keçiriləcək ilk oyuna erməni hücumçusu Aleksandr Karapetyanı gətirməyəcək. Bu barədə klubun meneceri Tomas Qliqeman məlumat verib. Klub rəsmisi Azərbaycanla Ermənistan arasındakı siyasi problemə görə forvardı Qəbələdə baş tutacaq görüşə gətirməyəcək.

Ermənistan millisində çıxış etmiş Aleksandr Karapetyan ötən ildən "Proqres"də çıxış edir. 30 yaşlı futbolçu ötən mövsüm çempionatda 23 oyuna 29 qolla bombardir olub. Gürcüstan doğumlu forvard Almaniya, Ermənistan və Gürcüstan vətəndaşlığını daşıyır.

Xatırladaq ki, 2015-ci ildə "Borussiya" (Dortmund) Avropa Liqasının qrup mərhələsində "Qəbələ” ilə Bakıda baş tutan oyuna Ermənistan millisinin üzvü Henrik Mxitaryanı gətirməmişdi.

 

Digər xəbərlər