"Türkiyəli olsam da, finalda həmvətənimi məğlub edib Azərbaycanın haqqını verməliydim"

"Türkiyəli olsam da, finalda həmvətənimi məğlub edib Azərbaycanın haqqını verməliydim"
İslamiada-2017, Digər, Taekvondo
17 May 2017 - 00:32
Supersport.Az-ın məlumatına görə, İslamiadada taekvondoçuların ilk yarış günündə ölkəmizə qızıl medal qazandıran Yarpaq Əriş maraqlı açıqlama verib.

Türkiyə əsilli idmançı qələbə sevincini şərh edib:

"Pakistan və İran taekvondoçularına qalib gəlib finala çıxdım. Həlledici görüşdə rəqibim türkiyəli idi. Əslən bu ölkədən olsam da, özümü azəri hiss edirəm (gülür). Buna görə mənə daha çətin idi. Azərbaycan komandasının şərəfini qoruduğumdan, bu ölkənin haqqını verməliydim. Allahın köməkliyi ilə hədəfimə çatdım. Evdə çıxış etməyin məsuliyyəti böyükdür. Çox gərgin idim. Bu hissləri dilə gətirə bilmirəm".

Titullu taekvondoçu, bildirib ki, əsas məqsədi Tokio-2020-nin çempionu olmaqdır:

"Dünya və Avropa çempionatlarıın iştirakçısı olmuşam. Qarşıdan yeni ciddi sınaqlar gəlir. Yaxşı nəticə üçün, çox çalışmaq lazımdır. Həmişə hədəfləri seçərkən, ən yüksəyini tuturam. Bu üzdən, təbii ki, Tokio Olimpiadasıdır (gülür). İnşAllah bu istəyimə də çataram" (allsport.az).

Digər xəbərlər