IV İslam Həmrəyliyi Oyunları ərəfəsində təlim-məşq toplanışında olan qadın həndbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq görüşlərini davam etdirir.
Supersport.Az xəbər verir ki, həndbolçularımız mayın 1-də növbəti qarşılaşmada Rusiyanın “Rostov-2” komandasını 39:21 hesabı ilə məğlubiyyətə uğradıblar.
Millimiz növbəti oyununu mayın 2-də keçirəcək.