Avropa Liqasının ən yaxşıları

Avropa Liqasının ən yaxşıları
Futbol
04 İyun 2023 - 23:38
Xesus Navas 2022/23 mövsümü üçün Avropa Liqasının ən yaxşı oyunçusu seçilib.

Turnirin qalibi olan "Sevilya"nın müdafiəçisi 9 matçda 3 məhsuldar ötürmə edib, 80,56% dəqiq ötürmə edib və hər oyunda orta hesabla 10,57 kilometr qaçıb.

"Bayer"in yarımmüdafiəçisi Florian Wirtz UEFA tərəfindən ən yaxşı gənc futbolçu seçilib. Alman futbolçu Avropa Liqasında 8 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Mövsümün komandasına daxildir:

- Qapıçı: Yasin Bunu (Sevilya)

- Müdafiəçilər: Xesus Navas (Sevilya), Conatan Ta (Bayer Leverkuzen), Kris Smollinq (Roma), Markos Akuna (Sevilya);

- Yarımmüdafiəçilər: Nemanya Matiç (Roma), İvan Rakitiç (Sevilya), Lorenzo Pelleqrini (Roma);

Hücumçular: Paulo Dibala (“Roma”), Viktor Bonifase (“Union”), Markus Raşford (“Mançester Yunayted”).

Digər xəbərlər