Azərbaycan Avropada birinci oldu - Şəkil

Azərbaycan Avropada birinci oldu - Şəkil
Digər, Cüdo
18 Sentyabr 2022 - 09:00

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın gənc oğlanlardan ibarət milli yığma komandası Praqada keçirilən gənclər arasında Avropa çempionatında medal sıralamasına görə 39 ölkə arasında birinci olub.





Bir 4 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'GEAR adidas NÁRODNI SPORTOVNI AGENTURA VIVATIP AGENTURA eFUJIMATS G essims IPPON GEAR PON GEAR oso NÁROD SPORTO AGENT' didas ZEBF orejsek.cz GAS TeP( eF p OSITIVE TECH ARODNI ORTOVN NTURA ZORIANA KUKA NÁRO SPO AGE PPON GE' görseli olabilir


Bir 4 kişi, ayakta duran insanlar, iç mekan ve yazı görseli olabilir


Bir 4 kişi, ayakta duran insanlar, iç mekan ve yazı görseli olabilir


Bir şunu diyen bir yazı 'All Men Women Nation 1.2.3.5.7. Azerbaijan 2 Italy 31110 3 12210 2 Georgia 11212 Türkiye 5 Poland 11100 6 11002 Ukraine 7 Serbia 1 1 Romania 1 Czech Republic 10 Israel 2 10 Kosovo 100 10 0 Republic of Moldova 1 0' görseli olabilir



15-17 sentyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında fərdi yarışlara yekun vurulub.




Fərdi yarışların sonuncu günündə idmançılarımız 1 qızıl və 1 bürünc medal əldə edib. -90 kq. çəkidə yarışan cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub.



Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz İsmayıl Zamanov üçüncü yer uğrunda mübarizədə macarıstanlı idmançı Peter Safranini üstələyərək bürünc medala yiyələnib.




-100 kq. çəkidə mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli yarışı 5-ci yerdə tamamlayıb.




Xatırladaq ki, çempionatın ilk günündə -60 kq. çəkidə Turan Bayramov gümüş medal, ikinci günündə isə -73 kq. çəkidə Vüsal Qələndərzadə və -81 kq. çəkidə Elcan Hacıyev qızıl medal qazanıb.




Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerə çıxıb.




Bu gün qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.

Digər xəbərlər