"Qəbələ" "Zirə"yə üstün gəldi

"Qəbələ" "Zirə"yə üstün gəldi
Futbol
27 Mart 2022 - 19:31
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Zirə" və "Qəbələ" bu gün yoxlama oyununda üz-üzə gəlib.

Supersport.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib. Hesabı oyunun əvvəlində "Zirə"dən Hamidu Keyta açıb. Lakin fasilədən sonra "Qəbələ"dən İsnik Alimi penaltidən bərabərlik, Rafael Utziq isə qələbə topunu vurub.

27 mart

16:00. "Zirə" - "Qəbələ" - 1:2

Qollar: Hamidu Keyta -  İsnik Alimi-pen, Rafael Utziq

"Zirə" hazırda Premyer Liqada 35 xalla 3-cü, "Qəbələ" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.

 

Digər xəbərlər