"Araz-Naxçıvan" "Trabzonspor"u məğlub etdi

"Araz-Naxçıvan" "Trabzonspor"u məğlub etdi
Futbol
356
17 İyul 2025 - 21:10

Supersport.Az-ın məlumatına görə, təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” “Trabzonspor”la qarşılaşıb. Super Liqa təmsilçisiylə görüş Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb – 3:2. Hesabı Çarles Boli açıb. Fasiləyə qədər rəqib status-kvonu bərpa edib. İkinci hissədə Bəxtiyar Həsənalızadə və Slavik Alxasovla daha 2 qol vuran "Araz" Ərzurumdakı sonuncu yoxlama matçını qələbə ilə başa vurub. 


“Araz-Naxçıvan” iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.

Digər xəbərlər