Video: "Qarabağ"ın prezidenti Tahir Gözəl: "Qəzzədə insanların vəziyyəti ürəyimizi ağrıdır, yəhudilər müharibəni dayandırmalıdır"

Video: "Qarabağ"ın prezidenti Tahir Gözəl: "Qəzzədə insanların vəziyyəti ürəyimizi ağrıdır, yəhudilər müharibəni dayandırmalıdır"
Futbol, Eksklüziv, Video
398
29 May 2025 - 23:55



Bu gün dünyada çox rəhbərlər İsrailin Fələstinin Qəzzə və digər bölgələrində insanları, müsəlmanları haqsız olaraq öldürməsinə göz yumur.


Allaha güvənərək doğrunu söyləyənlər, müharibənin dayandırılmasını tələb edənlər də var. 


Supersport.Az-ın məlumatına görə, "Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəl bu baxımdan cəsarətli addım ataraq mühüm fikirlər bildirib. 


"Qəzzədə insanların, müsəlmanların çox acı vəziyyəti ürəyimizi ağrıdır. Allaha dua edirəm ki, tezliklə savaş dayansın, sülh olsun. İsrail, yəhudilər bu müharibəni dayandırmalıdır" - Tahir Gözəl deyə, vurğulayıb.


Qeyd edək ki, İsrail 58 ildir Fələstinin torpaqlarını işğal edib, 2 ildir 54 min insanı haqsız öldürüb, 123 min müsəlmanı yaralayıb.

Digər xəbərlər