"Qarabağ" açıq məşq keçirməyəcək

"Qarabağ" açıq məşq keçirməyəcək
Futbol
334
26 May 2025 - 15:15

Supersport.Az xəbər verir ki, 31 may tarixində "Qarabağ" və "Sabah" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.


Mətbuat konfransları 29 may tarixində Tofiq Bəhramov adına Respublika Stadionunun konfrans otağında baş tutacaq.


Nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-da, “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı isə saat 14:30-da başlayacaq. Mətbuat konfransında hər klubdan baş məşqçiylə yanaşı bir futbolçunun iştirakı nəzərdə tutulub. 


Qeyd edək ki, “Sabah” futbol klubunun ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq oyunöncəsi məşqi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 28 may tarixində saat 12:00-da başlayacaq. “Qarabağ” klubunun matçöncəsi açıq məşq keçirməyəcək.

Digər xəbərlər