"Qalatasaray"da 10 milyon dollar mükafat

Futbol
348
16 May 2025 - 15:51
Supersport.Az-ın məlumatına görə, "Qalatasaray" klubunun rəhbərliyi komandanın ölkədaxili yarışlarda uğurlu çıxışı üçün böyük məbləğdə pul mükafatı ayırıb.
Türkiyə komandası əvvəlcə 7 milyon dollar nəzərdə tutsa da, bu məbləği 10 milyona çatdırıb.
Bir neçə gün əvvəl Türkiyədə 19-cu dəfə ölkə kubokunu qazanan "Qalatasaray" 25-ci dəfə çempion olmağa çox yaxındır. Növbəti turda qazanılacaq 1 xal İstanbul komandasını yenidən çempion edəcək.