"Traktor" çempionluğa çox yaxınlaşdı

Supersport.Az-ın məlumatına görə, İran çempionatının 22-ci turunda təxirə salınan bir oyun keçirilib.
Lider "Traktor" səfərdə dördüncü pillədə olan "Fulad"ın qonağı olub. Cənubi Azərbaycan klubu çətinliklə qələbə qazanıb. "Traktor" "Fulad"ı 2:1 hesabıyla məğlub edib. Təbriz klubu bu qələbəylə yaxın rəqibiylə xal fərqini 5 çatdırıb. Oyun 90 dəqiqə yox, 117 dəqiqə davam edib. Hakimlər 27 dəqiqə oyuna əlavə vaxt artırıb.
"Traktor"un xorvat futbolçusu Domaqoy Drojdek 46-cı dəqiqədə ilk qolu vurub. Baş hakim 81-ci dəqiqədə "Fulad"ın malili oyunçusu Mussa Kulibaliyə qırmızı vərəqə göstərib. 90+20-də A.Zadəattar bərabərlik qolunu vurub. Lakin "Traktor"un futbolçusu Mehdi Haşemnejad 90+23-də komandasının qələbə qolunu vurub.
"Traktor" 16 komanda sırasında 27 turdan 61 xalla liderdir.
"Sepahan" 56 xalla ikinci, "Persepolis" 51 xalla üçüncüdür.
İran çempionatının başa çatmasına 3 tur qalıb.