"Sabah" "Kəpəz"ə məğlub oldu, "Qarabağ" "Zirə"yə qalib gəldi

Azərbaycan Premyer Liqasında XXIX turun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, turun ikinci günündə 2 matç keçiriləcək.
Günün ilk oyununda "Kəpəz" "Sabah"ın qonağı olub. Gəncə klubu 1 qolla qələbə qazanıb.
"Qarabağ" isə "Zirə"ni sınağa çəkib. Ağdam klubu Bakı komandasını 1:0 hesabıyla məğlub edib.
Azərbaycan Premyer Liqası
XXIX Tur
6 aprel
17:00. “Sabah” – “Kəpəz” 0:1
Qol: Valdemar Almeyda 41
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR hakimi: Nicat İsmayıllı
AVAR hakimi: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
19:30. “Qarabağ” – “Zirə” 1:0
Qol: Kadi Borges 15
Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR hakimi: Tural Qurbanov
AVAR hakimi: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev