AFFA-nın baş katibi FIFA-da Elxan Məmmədovla görüşdü

Futbol
331
09 Aprel 2025 - 20:42
Supersport.Az-ın məlumatına görə, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.
C.Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib. O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.
Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.
Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.
Məlumatı AFFA-nın saytı yayıb.