"Bakı"nın keçmiş rəqibi "Bazel" çempionluğu qeyd etdi - Video

"Bakı"nın keçmiş rəqibi "Bazel" çempionluğu qeyd etdi - Video
Futbol, Video
363
13 Aprel 2025 - 10:47

Supersport.Az-ın Avropa təmsilçisi Vüsal Şirəliyev İsveçrə çempionatının başa çatmasına bir tur qalmış çempion olan Bazel klubunun sevindiyi məqamı videogörüntüyə alıb. 


"Bazel" 32-ci turda səfərdə "Sürix"i 4:0 məğlub edərək məqsədinə çatıb. 

Bazel klubu 58 xalla birinci yeri təmin edib. "Servett" 31 turdan 51 xalla ikinci, "Yanq Boyz" 50 xalla üçüncü pillədədir.


Qeyd edək ki, "Bazel" vaxtilə Avropa turnirində "Bakı"nın, "Sürix" isə "Qarabağ"ın rəqibi olub.


Digər xəbərlər