"Qarabağ"ın məğlub etdiyi rəqib "Latsio"nu uddu

"Qarabağ"ın məğlub etdiyi rəqib "Latsio"nu uddu
Futbol
170
11 Aprel 2025 - 07:17

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.


Supersport.Az xəbər verir ki, turun bütün matçları eyni gündə oynanılıb.


Turnirin favoritlərindən olan "Mançester Yunayted" "Lion"la 2:2 hesablı heç heçə edib. "Tottenhem" isə "Ayntraxt"la qollu bərabərliyə razılaşıb (1:1).


"Qarabağ"ın səfərdə məğlub etdiyi "Bodo Qlimt" "Latsio"nu 2:0-la çökdürüb.


UEFA Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar

10 aprel

"Bodo-Qlimt" – "Latsio" 2:0

Qollar: U.Saltnes,47, 69

"Olimpik Lion" – "Mançester Yunayted" 2:2

Qollar: T.Almada,26, R.Çerki,90+5 - L.Yoro,45+5, J.Zirkze,88

"Reyncers" – "Atletik" 0:0

Qırmızı vərəqə: R.Propper,13 (Reyncers)

"Tottenhem" – "Ayntraxt" 1:1

Qollar: P.Porro,26, - H.Ekitike,6

Digər xəbərlər