"Barselona" darmadağın etdi, ingilis klubu məğlub oldu

Futbol
371
10 Aprel 2025 - 00:53
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki matçı keçirilib.
Supersport.Az xəbər verir ki, "Borussiya" səfərdə "Barselona"nın qonağı olub. İspaniya klubu alman komandasına 4 qol vurub.
PSJ evdə "Aston Villa"nı 3:1 məğlub edib.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
23:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) 4:0
Qollar: Rafinya,25, R.Levandovski,48, 66, L.Yamal,77
23:00. PSJ (Fransa) - "Aston Villa" (İngiltərə) 3:1
Qollar: D.Doue,39, K.Kvaratskelia,49, N.Mendes,90+2 - M.Rogers,35
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 15-16-da oynanılacaq.

