"Turan Tovuz" bəzi futbolçularını cəzalandırdı

"Turan Tovuz" bəzi futbolçularını cəzalandırdı
Futbol
371
06 Aprel 2025 - 20:31

Supersport.Az xəbər verir ki, "Turan Tovuz" kıubu bəyanat yayıb.


"Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Səbail” - “Turan Tovuz” oyunundan sonra yaşanan xoşəgəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk. Məsafədən asılı olmayaraq hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir. Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya  yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb. 

Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq.

Biz bir ailəyik. Gücümüz birliyimizdir!"

Digər xəbərlər