Dünyada rekord: "Traktor"un oyununda 120 min azarkeş - Video

Futbol, Eksklüziv, Video
399
08 Aprel 2025 - 13:49
Dünyanın bir nömrəli azarkeşlərinin Cənubi Azərbaycan çempionatının lideri "Traktor" Futbol Klubunun fanatlarını hesab etmək olar.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, komandanın son oyununda dünya rekordlarından biri vurulub.
İran çempionatının 24-cü turunun "Traktor" (Təbriz) - "Esteqlal" (Tehran) matçını (2:1) stadionda 120 min azarkeşin izlədiyi bildirilir.
Qeyd edək ki, İran Proliqasında 24 oyundan 54 xalla "Traktor" birincidir. "Sepahan" 25 turdan 50 xalla ikinci, "Persepolis" 48 xalla üçüncü pilləni tutur.