Qurban Qurbanov: "Finalda məğlub olmaq fikrimiz yoxdur" - Video

Qurban Qurbanov: "Finalda məğlub olmaq fikrimiz yoxdur" - Video
Futbol, Eksklüziv, Video
371
23 Aprel 2025 - 23:11

Supersport.Az ölkə kubokunun finalında "Sabah"la qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.

"Finalda qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq.  Çünki, hər ikisinin avrokuboklarda iştirak etmək şansı həmin oyundan asılı olacaq. İstənilən rəqib bundan sonra bütün hazırlıqlarını bizə qarşı quracaq. Hələ vaxt var. Hər iki komandaya uğurlar arzulayıram. İstəyərdim ki, ikisi də avrokuboklarda iştirak etsin. Hər iki klub böyük sərmayə qoyub. Bu iki klubun strukturunu nümunə olaraq göstərə bilərik. Yalnız nəticəyə yox, uğurun davamlı olmasına sərmayə yatırıblar. "Neftçi"nin də, "Sabah"ın da çox yaxşı bazası var. Biz də kuboku yenə qazanmaq istəyirik. Finalda məğlub olmaq kimi bir düşüncəmiz olmayacaq. İstərdim ki, futbolçularımın titul sayı daha da artsın".

Digər xəbərlər