"Sabah" "Neftçi"ni kənarlaşdırdı

Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.
Əvvəlcə yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub edərək, finala vəsiqə qazanıb.
İlk oyunda Naxçıvan klubu 1:0 hesablı qalib gəlib.
Masazırda "Sabah" "Neftçi"ni mübarizədən kənarlaşdırıb. Cavab oyunu 1:1 hesablı bitib.
İlk matçda "Sabah" səfərdə "Neftçi"ni 2:1 hesabıyla məğlub etdiyi üçün finala adlayıb.
Azərbaycan Kuboku
23 aprel
17:00 "Qarabağ" – "Araz-Naxçıvan" 3:0
Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77 (pen).
Tofiq Bəhramov adına Respublika stadionu.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev
VAR: Kamal Umudlu
AVAR: Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
20:00 "Sabah" – "Neftçi" 1:1
Qollar: Cesse Sekidika, 23 - Emin Mahmudov, 40
"Masazır Arena"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev