"Sabah"ı hərtərəfli təhlil etməyə vaxtımız çoxdur" - "Celje"nin baş məşqçisi

"Sabah"ı hərtərəfli təhlil etməyə vaxtımız çoxdur" - "Celje"nin baş məşqçisi
Futbol
283
19 İyun 2025 - 21:43

Supersport.Az xəbər verir ki, Avropa Liqasının ikinci mərhələsində "Sabah"ın rəqibi "Çelye" klubunun baş məşqçisi Albert Riera püşkün nəticədəsinə qiymət verib.


İspaniyalı 43 yaşlı mütəxəssis "Püşkatmadan sonra ilk reaksiyalar necə oldu?" sualını cavablandırıb.


"Püşkatmadan sonra azarkeşlər, futbolçular, məşqçilər və rəhbərlik bizim üstünlüklərimizi düşündü. Amma unutmaq olmaz ki, hər bir komandanın daxili çempionat və ya kubok yarışında uğur qazanması, onların ciddi rəqib və keyfiyyətə malik olmasını göstərir. İlk rəqibimiz Azərbaycanın "Sabah"ı olacaq ki, qarşılaşmaya hələ çox vaxtımız olduğundan rəqibi hərtərəfli təhlil edə biləcəyik. İkinci turun ssenarisini də bilirik. Keçən mövsüm keyfiyyətli rəqiblərə qarşı hər matçda çox yaxşı çıxış etdiyimiz üçün özümüzə inanırıq".




Digər xəbərlər