Rəşad Sadıqov: "İnşAllah mərhələni keçən tərəf biz olacağıq”

Futbol
349
19 İyun 2025 - 06:47
Supersport.Az xəbər verir ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Hayduk"la qarşılaşacaq "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov püşkü dəyərləndirib:
"Püşk bizə "Hayduk" komandasını rəqib elədi. Düşünürəm azarkeşləri iki gərgin va maraqlı oyun gözləyir. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. İnşAllah inanıram ki, mərhələni keçən tərəf biz olacağıq".