"Fenerbahçe"nin prezidenti Ali Koç "Qarabağ"la əməkdaşlığı müzakirə etdi - Foto

"Fenerbahçe"nin prezidenti Ali Koç "Qarabağ"la əməkdaşlığı müzakirə etdi - Foto
Futbol, Foto
298
18 İyun 2025 - 19:33

Supersport.Az xəbər verir ki, "Qarabağ" Futbol Klubunun baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan "Fənərbağça" İdman Klubunun prezidenti Ali Koçla görüşüblər. 


Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə  uğurlar arzulayıblar. Görüşün sonunda Ali Koça klubun forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.



Digər xəbərlər