"Rəqibin zəif, güclü tərəflərini öyrənmək üçün vaxt var" - "Araz-Naxçıvan"ın baş məşqçisi

"Rəqibin zəif, güclü tərəflərini öyrənmək üçün vaxt var" - "Araz-Naxçıvan"ın baş məşqçisi
Futbol
300
18 İyun 2025 - 17:34

Supersport.Az-ın məlumatına görə, UEFA Konfrans Liqasının II mərhələsinin püşkü atılıb. "Araz-Naxçıvan" Yunanıstan "Aris"i ilə qarşılaşacaq.


"Araz"ın baş məşqçisi Elmar Baxşıyev püşkü dəyərləndirib:


"Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ təhlil etməmişik. Püşk indi atıldı. Onları təhlil etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var". 


Qeyd edək ki, oyunlar iyulun 24-də və 31-də keçiriləcək.

Digər xəbərlər