Konfrans Liqası: "Zirə"yə "Hayduk", "Araz-Naxçıvan"a "Aris" rəqib oldu

Futbol
396
18 İyun 2025 - 16:31
Bu gün İsveçrənin Nyon şəhərində Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Supersport.Az xəbər verir ki, “Zirə” və “Araz-Naxçıvan” klublarının rəqibləri müəyyənləşib.
"Zirə" Xorvatiyanın "Hayduk" klubu ilə üz-üzə gələcək. İlk oyun Bakıda iyulun 24-də keçiriləcək.
“Araz-Naxçıvan” Yunanıstanın “Aris” komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 24-də Bakıda, cavab matçı isə bir həftə sonra - iyulun 31-də səfərdə keçiriləcək.