"Sabah"ın yeni baş məşqçisi Valdas Dambrauskas olacaq" - Video

Futbol, Eksklüziv, Video
538
18 İyun 2025 - 14:09
Supersport.Az-a açıqlamasında jurnalist Ceyhun Rüstəmov "Sabah"ın yeni baş məşqçisinin litvalı mütəxəssis Valdas Dambrauskas olacağını bildirib.
48 yaşlı məşqçi "Ekranas", "Jalgris", Sloveniyanın "Qoritsa", Bolqarıstanın "Ludoqorets", Xorvatiyanın "Hayduk Split", Cənubi Kiprin "Omoniya" və başqa klubları çalışdırıb.
Valdas Dambrauskas bu ilin fevralında Macarıstanın "Diósgyőri VTK" klubuyla 3 illik müqavilə bağlayıb. Mütəxəssisin "Sabah"la razılaşdığı üçün "Dyoşdyor"la kontraktı ləğv edəcəyi bildirilir.
Qeyd edək ki, Valdas Dambrauskasın ötən mövsüm baş məşqçi olduğu "Omoniya" (Nikosiya) Konfrans Liqasının pley-off mərhələsində "Zirə"ni (6:0, 0:1) kənarlaşdırıb.