"Araz-Naxçıvan"a 4 futbolçu lazım olmadı

"Araz-Naxçıvan"a 4 futbolçu lazım olmadı
Futbol
406
18 İyun 2025 - 16:00

Supersport.Az xəbər verir ki, UEFA Konfrans Liqasında iştirak edəcək “Araz-Naxçıvan” 4 futbolçu ilə başa çatan müqaviləni yeniləməyib. Söhbət Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benny) və Miço Kuzmanoviçdən gedir. Klub rəhbrəliyi onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Cohen,  Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.

Digər xəbərlər