"Qarabağ"ın Çempionlar Liqasında rəqibi müəyyənləşəcək

Futbol
299
18 İyun 2025 - 04:51
Supersport.Az-ın məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Çempionlar Liqasının püşkü Bakı vaxtilə 14:00-da başlanacaq.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə start verəcək "Qarabağ"ın da rəqibi məlum olacaq.
Konfrans Liqasının ikinci təsnifat mərhələsində iştirak edəcək "Zirə"ylə "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşəcək.