Azərbaycandan 5 gündə 2-ci medal

Olimpiya, Digər, Cüdo
236
17 İyun 2025 - 21:09
Supersport.Az xəbər verir ki, Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatının beşinci günü ölkəmiz ikinci medalını qazanıb.
Yarışa 93 ölkənin 556 idmançısı qatılıb.
Elcan Hacıyev (-90 kq) üçüncü yer uğrunda görüşdə Estoniya idmançısı Klen Kristofer Kaljulaidi məğlub edərək bürünc medala yiyələnib.
Xatırladaq ki, dünən Zelim Tçkayev (-81 kq) BƏƏ təmsilçisi Nuqzari Tatalişviliyə qalib gələrək bürünc medal qazanıb.