"Neftçi" 10-cu futbolçunu göndərdi

"Neftçi" 10-cu futbolçunu göndərdi
Futbol
350
17 İyun 2025 - 12:39

"Neftçi" futbolçusu Dembo Darbo ilə yollarını ayırıb.


Supersport.Az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. 26 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


Paytaxt təmsilçisi Qambiyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.


Qeyd edək ki, 2024-cü ilin avqustunda transfer olunmuş Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.


Xatırladaq ki, "Neftçi" bu yay Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer və Rafael Quzzo ilə də yollarını ayırıb.


 

Digər xəbərlər